İYİ partiyanın üzvləri Ərdoğanın deputatına hücum etdi

   İYİ partiyanın üzvləri Ərdoğanın deputatına hücum etdi
  15 May 2023    Oxunub:1938
AK Partiyanın Sakaryadan olan millət vəkili Çiğdem Erdoğan Atabek sosial media hesabından Serdivan Fatma Özkan İbtidai məktəbində səs verərkən İYİ partiya üzvlərinin hücumuna məruz qaldığını iddia edib.
Atabək səsini verdikdən sonra məktəbdəki seçki qutusuna nəzarət edən şəxslərlə salamlaşıb. Bu zaman İYİ partiyasının seçki məntəqəsindəki əməkdaşları ona mane olmağa çalışıblar. Atabəyə şifahi hücum edənlərlə Atabəyin yanında olanlar arasında yaranan söz mübahisəsi əlbəyaxa davaya çevrilib. Kütlənin arasından çətinliklə çıxarılan Atabək heç bir zərər görmədən maşınına aparılıb.

“Mənə və partiya üzvilərimizə hücum edən şəxs və şəxslərlə bağlı lazımi protokollar hazırlanıb. Onlara qarşı cinayət işi açılacaq. Millətimizin belə gözəl bir demokratiya şənliyinə kölgə salmağa çalışan İYİ partiya rəsmilərini qınayıram”.



Şahanə Rəhimli
AzVision.az


Teqlər: Türkiyə   deputat   seçki  





Xəbər lenti