Zelenski Londondadır

   Zelenski Londondadır
  15 May 2023    Oxunub:1057
Ukrayna prezidenti Vladimir Zelenski Londona gedib. O, orada baş nazir Rişi Sunak ilə danışıqlar aparacaq.
Bu barədə Ukrayna prezidenti teleqramda bildirib.

Xatırladaq ki, mayın 13-də Zelenski Romaya səfər edib, burada İtaliya prezidenti və baş naziri, həmçinin Roma Papası ilə görüşüb.

Bundan sonra o, Almaniyaya gedib, orada prezident Frank-Valter Ştaynmayer və kansler Olaf Şoltsla danışıb.

Ötən gecə Zelenski Fransaya gedib və prezident Emmanuel Makronla görüşüb.

Şahanə Rəhimli
AzVision.az


Teqlər: Zelenski  





Xəbər lenti