Türkiyədə parlament seçkilərinin nəticələri - Siyahı

   Türkiyədə parlament seçkilərinin nəticələri -    Siyahı
  15 May 2023    Oxunub:1774
Türkiyədə prezident seçkiləri ilə yanaşı, parlament seçkiləri də keçirilir. Son məlumata görə, hazırda seçki məntəqələrində açılan qutuların sayı 99, 26%-dir.
Hazırkı prezident Rəcəb Tayyib Ərdoğanı dəstəkləyən “Cümhur İttifaqı” 316, “Cümhur İttifaqı”na daxil olan AK Partiya 266, MHP-i isə 50 deputatla parlamentdə olacaq.

“Millət İttifaqı”na daxil olan CHP-dən 169, İYİ Partiyadan isə 44 millət vəkili parlamentə düşə bilib.

Bundan başqa, Yaşıl Sol Parti 62, Yenidən Refah Partiyası 5, TİP 4 millət vəkili ilə parlamentdə təmsil olunacaq.

AzVision.az


Teqlər:





Xəbər lenti