İranda sünni din xadiminin oğlunun qətli gərginliyə səbəb oldu - VİDEO

   İranda sünni din xadiminin oğlunun qətli gərginliyə səbəb oldu    - VİDEO
  15 May 2023    Oxunub:1341
İranda hökuməti tənqid edən sünni din xadimi Mövlana Məhəmməd Osmanın oğlu Həmad Reyqi Kutəh Karvandərin öldürülməsi gərginliyə səbəb olub.
AzVision.az xəbər verir ki, bu barədə yerli media məlumat yayıb. “Azad İran” “Telegram” kanalı isə yazır ki, Xaş şəhərində məscid imamının oğlunun öldürülməsinə görə Zahedan şəhərinə girişdə avtomobillərin yoxlanılmasına başlanılıb. Nəticədə 2-3 kilometrlik tıxac yaranıb.

İranın eks-təhsil naziri ölkəsini "Boko Haram"la eyniləşdirdi - VİDEO
Xatırladaq ki, Əlxəlil məscidinin imamının 16 yaşlı oğlu naməlum şəxslər tərəfindən güllələnib.

Ötən il İranın Sistan-Bəlucistan vilayətində yaşayan sünni icmanın lideri Mövləvi Əbdülvahid Riqi də oğurlanaraq qətlə yetirilmişdi. O, hökuməti tənqid edən çıxışları ilə seçilirdi.

Qeyd edək ki, İranda rejimi sərt şəkildə tənqid edənlərin müəmmalı şəkildə ölməsi, ailəsinə təzyiqlər edilməsi və ya həbsə atılması adi hala çevrilib.


AzVision.az



Teqlər:   İran  





Xəbər lenti