Xameneyi və Süleymaninin baneri qan rənginə boyandı - VİDEO

   Xameneyi və Süleymaninin baneri qan rənginə boyandı    - VİDEO
  15 May 2023    Oxunub:1239
İranın Kerman şəhərində ölkənin ali dini lideri olan Ayətullah Əli Xameneyi və İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Qüds qüvvələrinin keçmiş komandanı general Qasim Süleymaninin banerinə azadllqsevərlər tərəfindən qan rəngini simvolizə edən qırmızı boya atılaraq yararsız hala salınıb.
AzVision.az xəbər verir ki, bu barədə “Azad İran” “Telegram” kanalı xəbər yayıb.

İnqilabçı gənclər növbəti dəfə Xameneyinin banerini yandırdılar - VİDEO
Bildirilir ki, molla rejiminin repressiyalarından cana doymuş xalq bu rejimə aid bütün abidə və simvolları məhv edir. Belə ki, iki gün öncə Kermanda Süleymaninin xatirə abidəsi də dağıdılıb. Həmçinin Yəzd şəhərində etirazçılar Xameneyinin banerini qan rənginə boyayıblar.

Qeyd edək ki, ötən ilin sentyabr ayından Məhsa Əmini faciəsindən sonra İranı kütləvi iğtişaşlar və aksiyalar dalğası bürüyüb. İnsanlar azadlıq, tapdalanan hüquqlarının bərpasını tələb edirlər.

Vətəndaşlar son günlərdə yenidən aktivləşərək küçələrə çıxıb etiraz edir, inqilabçı gənclər Xameneyiyə aid baner və fotolarla yanaşı, ayrı-ayrı dövlət qurumlarına od vururlar.


AzVision.az



Teqlər:   İran   Xameneyi  





Xəbər lenti