Bayden Yaponiyanın Baş naziri ilə görüşəcək

   Bayden Yaponiyanın Baş naziri ilə görüşəcək
  15 May 2023    Oxunub:1179
ABŞ Prezidenti Cozef Bayden cümə axşamı Yaponiyaya çatandan sonra ölkənin Baş naziri Fumio Kisida ilə görüşəcək.
AzVision.az xarici KİV-ə istinadla xəbər verir ki, bu barədə məlumat Ağ Evin mətbuat xidmətinin yaydığı qrafikdə əksini tapıb. Xatırladaq ki, mayın 19-dan 21-dək Yaponiyanın Xirosima şəhərində G7 qrupunun sammiti keçiriləcək.

Bayden jurnalistlərə ABŞ-ın defolt təhlükəsi və borc limitinin artırılması ilə bağlı qanunvericilərlə məsləhətləşmənin zəruriliyinə baxmayaraq, G7 sammitinə getmək niyyətində olduğunu bildirib. ABŞ Prezidenti qanunvericilərlə danışıqların uğurlu olacağına əminliyini ifadə edib: “Mən həqiqətən düşünürəm ki, həm onların, həm də bizim tərəfimizdə razılıq əldə etmək istəyi var. Zənnimcə, biz bunu edə bilərik”. Onun sözlərinə görə, məsləhətləşmələrin növbəti raundu yəqin ki, mayın 16-da olacaq.

AzVision.az


Teqlər:





Xəbər lenti