"Seçkilərdə xeyli irəlidəyik" - AKP-nin sədr müavini

   "Seçkilərdə xeyli irəlidəyik" -    AKP-nin sədr müavini
  15 May 2023    Oxunub:1142
"Həm Türkiyə Böyük Millət Məclisində, həm də Prezident seçkilərində xeyli fərqlə irəlidə olduğumuzu söyləmək olar. Nəticələrin Türkiyəmiz və partiyamız üçün xeyirli olmasını arzu edirik”.
AzVision.az xəbər verir ki, bunu Ədalət və İnkişaf Partiyasının (AKP) sədr müavini Əli İhsan Yavuz deyib. O, Türkiyənin mühüm bir mərhələdən və demokratik sınaqdan keçdiyini bəyan edib.

Milli iradənin qutularda öz əksini tapdığını ifadə edən Yavuz Türkiyədə seçki təhlükəsizliyi baxımından heç bir problem olmadığını vurğulayıb.

AzVision.az


Teqlər:





Xəbər lenti