Rusiya baş nazirinin müavini İrana gedir

   Rusiya baş nazirinin müavini İrana gedir
  14 May 2023    Oxunub:1267
Rusiya Federasiyası Baş nazirinin müavini Aleksandr Novak mayın 16-da İrana səfər etməyi planlaşdırır.
AzVision.az xəbər verir ki, bu barədə Tasnim Xəbər Agentliyi məlumat yayıb.

Nəşr qeyd edir ki, Rusiya baş nazirinin müavini iki gün İranda qalacaq. Səfər çərçivəsində Novakın İslam Respublikasının neft naziri Cavad Oudci, eləcə də İran Mərkəzi Bankının sədri Məhəmməd Fərzinlə danışıqları nəzərdə tutulub.

Səfərin növbəti günü - mayın 17-də Rusiya baş nazirinin müavini Tehranda 27-ci Beynəlxalq “İranın neft, qaz və neft-kimya məhsulları” sərgisini ziyarət edəcək.

Agentlik Novakı müşayiət edəcək nümayəndə heyətinin tərkibi, eləcə də tərəflər arasında danışıqların mövzuları barədə ətraflı məlumat verməyib.

AzVision.az


Teqlər:





Xəbər lenti