Tehran universitetinin dünyanın elmi məlumat bazalarına girişi kəsilib

 Tehran universitetinin dünyanın elmi məlumat bazalarına girişi kəsilib
  12 May 2023    Oxunub:1406
Elmi və beynəlxalq məlumat bazalarına olan 60 milyard tümən borca görə Tehran universitetinin yuxarı kurslarının və doktorantlarının bu bazaların saytlarından bəzilərinə girişi kəsilib.
AzVision.az xəbər verir ki, Tehran universitetinin elmi-tədqiqat işləri üzrə prorektoru Mehdi Fekur “Mehr” xəbər agentliyinə verdiyi müsahibəsində bu məqama toxunaraq, bəzi problemlərin aradan qaldırıldığını bildirsə də, məsələnin hələ tam şəlkildə həllini tapçadığını deyib.

“Son aylarda məzənnənin artması səbəbindən Tehran Universitetinin ümumi borcları 2018-ci ildən bu yana 60 milyard tümənə çatıb. Borcun az olduğu bir sıra məlumat bazalarına girişin dəyəri ödənilib, lakin bu saytların bəzilərinə tədqiqatçılar üçün hələ də giriş yoxdur. Bu sahələrdə məqalələrin əlçatanlığı daha çətin olduğundan humanitar elmlər, sosial və davranış elmləri tədqiqatları ilə əlaqəli saytlara girişi təmin etmişik” - Fakur qeyd edib.

Elm nazirliyinin tədqiqatlara dəstək ofisinin keçmiş baş direktoruna istinad edən "Mehr" agentliy bildirib ki, universitetlərin elmi bazalara borcu 9-cu hökumətdən və valyuta məzənnələrinin dəyişməsi ilə başlayıb.

AzVision.az


Teqlər: Tehran   universitet  





Xəbər lenti