Suriyanın İrana borcları təxmin olunandan daha çoxdur
![Suriyanın İrana borcları təxmin olunandan daha çoxdur Suriyanın İrana borcları təxmin olunandan daha çoxdur](https://azvision.az/photos/2023/05/teh-1683889139.jpg)
“Qiyam Ta Serquni” haker qrupunun dərc etdiyi sənədlər İranın Suriyada xərclədiyi vəsaitin əvvəllər düşünüldüyündən daha çox olduğunu və “əlli milyard dolları” ötüyünü göstərir. Sözsüz ki, əgər qrupun yaydığı məlumatlar doğrudursa.
Maraqlıdır ki, ötən bazar “Rise to Overthrow” haker qrupu da İran Xarici İşlər nazirliyinin internet saytlarını və sistemlərini sındıraraq çoxlu sayda sənəd və məlumat bazasını ələ keçirdiyini bildirib.
Kiber hücumdan bir neçə saat sonra İranın Xarici İşlər nazirliyinin sözçüsü Nasir Kənani “Kiberməkanda dərc edilən sənədlər, etibarsızdır, bugünkü hadisələrlə heç bir əlaqəsi yoxdur və sadəcə medianın şişirtməsidir” - deyə qeyri-müəyyən açıqlamalar verib.
Rəsmi Tehranın hər şeyi danmaq etmək təcrübəsini nəzərə alsaq, “əgər doğrudursa” ifadəsi Nasir Kənaninin də bəyanatına şamil oluna bilər.
Sahil İsgəndərov
Kamran İsayev
AzVision.az