Vaşinqton İranı Yəmənə silah və narkotik göndərməkdə ittiham edir
“İran hələ də Yəmənə silah və narkotik tədarük edir. Bu, hələ də 2014-cü ildə başlayan və insan haqları sahəsində ən fəlakətli böhranlardan birinə səbəb olan müharibəni alovlandırır. İranlılar Yəmənə silah və narkotik qaçaqmalçılığına davam edir. İran və Səudiyyə Ərəbistanı arasında faydalı razılaşmaya baxmayaraq, biz bu axının davam edəcəyindən çox narahatıq. Ona görə də, məncə, məkana nəzarət etməliyik. İranlılar və səudiyyəlilər arasında razılaşmanı alqışlasaq da, İranın bu müharibədə oynadığı rolla bağlı narahatlığımız güclü olaraq qalır” - Linderkinq qeyd edib.
AzVision.az