Ermənistan təyyarəsinə Dubaya eniş icazəsi verilməyib

Ermənistan təyyarəsinə Dubaya eniş icazəsi verilməyib
  11 May 2023    Oxunub:1442
Dubayın aviasiya rəhbərliyi Ermənistanın “FlyOne Armenia” şirkətinin təyyarəsinə yerli hava limanında eniş etməyə icazə verməyib.
AzVision.az “Sputnik-Ermənistan”a istinadən xəbər verir ki, bu barədə aviaşirkətin direktorlar şurasının rəhbəri Aram Ananyan məlumat verib.

Nəticədə layner İran hava limanlarından birində eniş edib və hazırda o, İrəvana doğru yol alıb.

AzVision.az


Teqlər:





Xəbər lenti