"Kaş sonuna qədər davam edərdi" - Ərdoğan

 "Kaş sonuna qədər davam edərdi" -  Ərdoğan
  11 May 2023    Oxunub:1280
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Məmləkət Partiyasının sədri Muharrem İncənin prezident seçkilərində namizədliyini geri götürməsinə münasibət bildirib.
"Namizədlərdən biri seçkilərdə iştirakdan imtina edib. Təbii ki, niyə geri çəkildiyini anlamaq mümkün deyil. Düzü, üzüldüm, kaş ki, sonuna qədər davam edərdi. Digərləri ilə yola davam edirik. Əhəmiyyətli olan xalqımın qərarıdır".

Qeyd edək ki, bu gün partiyasının qərargahından ictimaiyyətə müraciət edən İnce namizədlikdən çəkildiyini açıqlayıb. Bununla da Türkiyədə 14 mayda keçiriləcək prezident seçkilərində namizədlərin sayı 3-ə düşüb.

Şahanə Rəhimli
AzVision.az


Teqlər:





Xəbər lenti