İran hökumətini tənqid edən müğənni dünyasını dəyişib

   İran hökumətini tənqid edən müğənni dünyasını dəyişib
  11 May 2023    Oxunub:1560
Bir müddət idi ki, ağır qaraciyər xərçəngi ilə mübarizə aparan İranın pop-müğənnisi Hüseyn Zaman bu gün səhər saatlarında vəfat edib. Bu üzücü məqamla bağlı müğənninin oğlu Abuzər Twitter hesabında məlumat yayıb.
AzVision.az xəbər verir ki, 70-ci illərin tanınmış estrada müğənnilərindən biri olan Hüseyn Zaman Məhsa Əmininin ölümündən sonra etirazçılara dəstək verərək “Xiyaban” mahnısını oxuyub.

Ona qarşı hələ İranın keçmiş prezidenti Məhəmməd Hatəminin vaxtından qadağalar tətbiq ounub və bu qadağalar sonrakı prezidentlərin hakimiyyəti zamanı da qüvvədə saxlanılıb. Müğənninin qadın hüquqları müdafiəçisi olan və etirazlara açıq dəstək verən qızı Zeynəb Zaman da hətta bir müddət həbsdə olub.

AzVision.az


Teqlər: İran   müğənni  





Xəbər lenti