Kiyev Rusiyaya 2 gün vaxt verdi

Kiyev Rusiyaya 2 gün vaxt verdi
  27 May 2014    Oxunub:1144
Əgər ayın 29-dək Ukraynanın “Naftoqaz” və Rusiyanın “Qazprom” şirkətləri arasında Ukraynaya tədarük ediləcək təbii qazın qiymətinin azaldılmasına dair razılıq əldə edilməsə, onda biz Stokholm arbitraj məhkəməsinə müraciət edəcəyik.

AzVision.az-ın məlumatına görə, bu barədə jurnalistlərə açıqlamasında Ukraynanın baş naziri Arseniy Yatsenyuk bildirib.

“Biz götürdüyümüz öhdəliklərə görə müəyyən məbləğ ödəməyə hazırıq, lakin bunun üçün hər hansı bir saziş imzalanmalıdır”, - deyə Ukraynanın baş naziri bildirib.

Eldar Tanrıverdiyev
AzVision.az



Teqlər:  





Xəbər lenti