Krımda müsəlman universiteti açılır

Krımda müsəlman universiteti açılır
  27 May 2014    Oxunub:876
Rusiyanın Müftilər Şurası (RMŞ) Krımda İslam Universitetinin təsis olunması ilə bağlı ölkə hakimiyyətinə müraciət edib.
AzVision.az-ın məlumatına görə, bu barədə müraciət şuranın rəsmi saytında yerləşdirilib.

Müraciətdə bildirilir ki, universitet dini ruhanilər yetişdirəcək və yarımada ərazisində dini-mənəvi təhsilin inkişaf etdirilməsinə kömək edəcək.

“Krım-tatar gəncləri dini təhsili xaricdə alır, lakin bu Krım tatarların adət-ənənələrinə uyğun deyil. Ona görə də universitetin açılması çox aktual məsələdir”, - deyə müraciətdə bildirilir.

Eldar Tanrıverdiyev
AzVision.az




Teqlər:  





Xəbər lenti