Donetsk aeroportunda döyüş: 150 ölü - FOTOLAR

Donetsk aeroportunda döyüş: 150 ölü - FOTOLAR
  27 May 2014    Oxunub:1483
Donetskdə rusmeylli federallaşma tərəfdarları “tamamilə məhv edilib”.


Ukraynada bir müddət əvvəl Donetsk aeroportunu ələ keçirmiş rusiyameylli qüvvələr tamamilə zərərsizləşdirilib. Hərbi Qüvvələrinin pres-zabiti Aleksey Dmitraşkovski belə bir məlumat verib.

“Terminalda olan bütün silahlılar demək olar ki, tamamilə məhv edilib.

Daxili işlər naziri Arsen Avakov qarşıdurmalar zamanı hökumət qüvvələrinin heç bir itki vermədiyini bildirib. Bunu Aleksey Dmitraşkovski də təsdiqləyib. O, bildirib ki, 150 üsyançı ölüb, 300-ü isə yaralanıb.

Bununla yanaşı, press-zabit ölən və yaralananlar haqqında daha dəqiq məlumatın sabah açıqlanacağını deyib.

Hazırda Donetsk Aeroportunun Ukrayna hərbi qüvvələrinin nəzarəti altında olduğunu bildirib.

“Rusmeyllilər növbəti dəfə aeroportu ələ keçirmək istəsələr, onların dərsini bugünkü kimi verəcəyik”-deyə zabit vurğulayıb.

Səbinə Həsənova
AzVision.az

Qalereya




Teqlər:  





Xəbər lenti