Olland üçün gözlənilməz nəticə

Olland üçün gözlənilməz nəticə
  27 May 2014    Oxunub:866
Seçkilərdə Fransanın bir çox siyasi partiyaları iştirak edib. Gizli səsvermə yolu ilə keçirilən seçkilər artıq başa çatıb. Fransa Avropa Parlamentindəki 751 mandatdan 74-nü qazanıb.
Avropa parlamentində təmsil olunacaq fransız deputatlardan 32-si qadın, 42-si isə kişidir.

Fransada keçirilən seçkilərdə nəticələr gözlənilməz olub. Belə ki, seçicilərin səsinin 24,85 faizini toplayan Milli Cəbhə Avropa Parlamentində 24 səslə təmsil olunacaq. Ölkənin nüfuzlu partiyalarından olan Xalq Hərəkatı Birliyi Uğrunda Partiyası 20 mandat qazana bilib.

Prezident Fransua Ollandın təmsil olunduğu Sosialist Partiyası Avropa Parlamentində 13 yer əldə edib.

Sosialist Partiyasının Avropa Parlamentində az mandat əldə etməsi iqtidarda olan bu partiyanın seçicilər arasında nüfuzunu itirməsindən xəbər verir.(AzərTAc)


Teqlər:





Xəbər lenti