“Türk dövlətləri KTMT-də sözünü deməlidir” - Bişkekdən rəy
Onun sözlərinə görə, KTMT qoşunlarının istənilən ölkəyə yeridilməsi qərarını parlamentlər ratifikasiya etməlidir: “Eyni zamanda, biz Ermənistanın sərhədlərini qorumaq üçün KTMT qoşunlarını rəsmən dəvət edib-etmədiyini aydınlaşdırmalıyıq. Azərbaycan və Ermənistan sülhə razılaşdıqları bir zamanda KTMT qəfildən Ermənistanın suverenliyinə təhlükənin olduğunu bəyan edir. KTMT-yə üzv olan türk ölkələri - Qazaxıstan və Qırğızıstan Azərbaycan və Türkiyə ilə münasibətlərinə görə belə bir qərarın qəbuluna mane olmalıdırlar. Yoxsa hansı türk birliyindən danışmaq olar? Ola bilsin ki, bu, türk ölkələrinin Türk Dövlətləri Təşkilatı çərçivəsində birləşmə meylinin nə dərəcədə güclü olduğunu yoxlamaq məqsədilə edilir”.
Almaz Tacıbay inanır ki, Qazaxıstan və Qırğızıstan vətəndaşları Azərbaycandakı türk qardaşlarına qarşı qərarların əleyhinə olacaqlar. “Ancaq çağırışı Rusiya edib və hökumətimizin necə reaksiya verəcəyini görmək çox maraqlıdır. Qırğızıstan prezidenti Qazaxıstandan daha loyal və Rusiyadan daha çox asılıdır. Amma onun razılıq verəcəyini düşünmürəm. Azərbaycanla Ermənistan arasında sərhədlərin demarkasiyası və delimitasiyası prosesinə etik və hüquqi baxımdan qarışmaq olmaz. Üstəlik, Ermənistana qarşı birbaşa təcavüz təhlükəsi yoxdur, hərçənd, bu, İrəvan və Moskva üçün sərfəli olardı. Bu halda Rusiya Ukrayna ilə müharibəyə baxmayaraq, Qafqazda vəziyyətə nəzarət edə bilər”, - Tacıbay bildirib.
Samir Vəliyev
AzVision.az
Teqlər: KTMT