“Çin Rusiyaya hərbi yardım da göstərə bilər” - Alexandr Rar

   “Çin Rusiyaya hərbi yardım da göstərə bilər” -    Alexandr Rar
  27 Mart 2023    Oxunub:3415
“Rusiyanın Çinə ehtiyacı var, çünki Moskva əslində indi təkcə Ukraynaya qarşı deyil, dolayısı ilə bütün Qərbə qarşı müharibə aparır”.
Bu sözləri AzVision.az -a Çinin rəhbəri Si Cinpinin Rusiyaya rəsmi səfərini şərh edən almaniyalı politoloq Aleksandr Rar (Alexander Rahr) deyib. Onun sözlərinə görə, Çin Rusiyaya təkcə nəfəslik deyil, həm də Asiyaya, yeni bazarlara nəhəng marşrutlar açır”.

“Rusiya onu Ukraynada məğlub etməyə can atan kollektiv Qərbdən təcrid olunub. Çin Rusiyaya təkcə diplomatik deyil, həm də hərbi yardım göstərə bilər. Çin Ukrayna böhranında ABŞ ilə birlikdə iki qalib dövlətdən biridir. Avropa İttifaqı və Rusiya isə uduzurlar. Çin öz iqtisadiyyatı üçün Sibirdən resurslar alacaq. 500 ildir Avropaya gedən resurslar indi Asiyaya və Çinə gedəcək”,- Rar deyib.

O həmçinin əlavə edib ki, Çin Rusiya və digər BRİKS ölkələri ilə birlikdə çoxqütblü dünya quracaq. Həmin dünyanın lideri də Çin özü olacaq.

Seymur Məmmədov

AzVision.az


Teqlər: Çin   Rusiya  





Xəbər lenti