Səfirliyimizdə törədilən terrorun sifarişçisi İran rejimidir – Ədalət Verdiyev

   Səfirliyimizdə törədilən terrorun sifarişçisi İran rejimidir –    Ədalət Verdiyev
  27 Yanvar 2023    Oxunub:2698
İrandakı Azərbaycan səfirliyində baş vermiş hadisə birmənalı olaraq həmin ölkənin xüsusi xidmət orqanları tərəfindən təşkil olunmuş terror aktıdır. Ərazidə olan İran polisin terrorun qarşısını almaq üçün heç bir cəhd göstərməməsi və hazırda terror aktının araşdırılması üçün hansısa operativ addımların atılmaması qətlin sifariş olunduğu ehtimalını maksimuma yüksəldir.
İran tərəfindən ortaya atılan "qatilin erməni olması və onun səfirlikdə “gizlənən” həyat yoldaşını axtarması” kim nağıllar diqqəti İran xüsusi xidmət orqanları ilə bağlılığı olan terrorçudan yayındırmaq, ictimaiyyətdə yanlış rəy formalaşdırmaq məqsədi güdür.

Qətli törədən Yasin Hüseynzadənin İranın xüsusi xidmət orqanları, xüsusilə də SEPAH ilə əlaqəli olduğu şübhə doğurmur. Y.Hüseynzadənin əsl məqsədi səfirlikdəki bütün əməkdaşları güllələmək olub. Səfirliyin mühafizəsi hücumun qarşısını almaq üçün fəaliyyətə keçməsəydi, yəqin ki, terrorçu bütün səfirlik əməkdaşlarının qətlə yetirəcəkdi.

Bu terror aktının sifarişçisi birmənalı olaraq daim "terroru dəstəkləyən ölkə" titulunu onillərdir ləyaqətsizcəsinə daşıyan İran reimidir. İranda mövcud olan molla rejimi Azərbaycana qarşı düşmənçilik fəaliyyətlərinə görə layiqli cavabı öz vətəndaşlarından alacaq. Düşünürəm ki, digər ölkələr də İranda fəaliyyət göstərən diplomatik nümayəndəliklərin toxunulmazlığına zəmanət olmadığını, İran polisinin Azərbaycan səfirliyinə hücum edənin hərəkətlərinə laqeyd qalaraq terror aktına şərait yaratmasını nəzərə almalıdır.

Allah şəhidimizə rəhmət eləsin.

Ədalət Verdiyev,
hərbi ekspert
AzVision.az



Teqlər: İran   Terror  





Xəbər lenti