Almaniyada iranlı terrorçular yaxalandı – FOTOLAR+VİDEO
Qardaşlar hazırladıqları terror aktında sianid və risin zəhərli maddələrindən istifadə etməyi planlaşdırırmışlar.
Hər iki maddə çox təhlükəli olduğundan, polis əməliyyatı xüsusi müdafiə kostyumunda həyata keçirib. Tapılan kimyəvi maddələr araşdırılmaq üçün müsadirə olunublar.
“Bild” məlumat verir ki, terror hazırlığı haqda informasiyanı Almaniya hökumətinə “dost ölkələrdən birinin kəşfiyyatı” ötürüb. Böyük ehtimalla, söhbət ABŞ-dan və FBI-dan gedir.
Yerli ekspertlər terror aktının dini motiv daşıdığını istisna etmirlər.
Versiyalardan birinə görə, zəhərli maddələr birbaşa Almaniyanın deyil, qonşu ölkələrdən birinin - məsələn, Fransa və ya Belçikanın ərazisində tətbiq etmək üçün əldə oluna bilərdi. Bu ehtimalın fonunda istər-istəməz “Charlie Hebdo” jurnalının İranın ali dini rəhbəri haqda dərc etdiyi karikaturalar yada düşür.
Tariyel Həsənov
AzVision.az