Maskın sərvəti 147,7 milyarda enib

   Maskın sərvəti 147,7 milyarda enib
  21 Dekabr 2022    Oxunub:497
"Tesla" və "Twitter"in sahibi İlon Maskın sərvəti şirkətin səhmlərinin ucuzlaşmasından sonra 147,7 milyard dollara düşüb. Eyni zamanda milyarderin xalis sərvəti son iki ilin ən aşağı səviyyəsindədir.
Bu barədə AzVision.az Bloomberg-ə istinadən xəbər verir.

Nəşr qeyd edir ki, İlon Maskın sərvəti onun dünyanın ən varlı adamı mövqeyini itirməsindən sonra azalmağa doğru gedir. Maskın il ərzində itirdiyi məbləğ hazırda 122,6 milyard dollardır. Bu da onun 2021-ci ildə qazandığı ən yüksək gəlirdən çoxdur.

Bloomberg Milyarderlər İndeksinə görə, "Tesla"nın baş direktoru hazırda 147,7 milyard dollar sərvətinə malik. Bu da son iki ilin ən aşağı göstəricidir.

AzVision.az


Teqlər:





Xəbər lenti