Soyqırımbazlıq xəstəliyi – Ədalət Verdiyevin yazısı
// Ermənilər “genosid” mövzusunu oyuncağa çeviriblər
Böyük ehtimalla, Rusiya Azərbaycanın Qarabağdakı ermənilərlə dil tapmasından narahat oldu, çünki bu, rus sülhməramlılarının erkən yola salınması ehtimallarını gücləndirirdi. Kreml Ruben vasitəsilə Qarabağda təsirini qorumağa çalışırdı, amma tam əks effekt alındı və artıq bir həftədir ki, Rubenə görə rus əsgəri Qarabağda gözünü yuma, onun komandanı isə adam içinə çıxa bilmir. Adam içinə çıxarılan sərxoş rus polkovnik təmsil etdiyi ordunu bir daha dünyada biabır etdi. AzVizion.az-ın hazırladığı karikatura isə bu hadisəni parlaq şəkildə ifadə etdi.
“Ermənizm” nəzəriyyəsində erməni maraqlarına uyğun olmayan istənilən hadisənin avtomatik “soyqırım” kateqoriyasına aid edilməsi, hər insidentdə dərhal Azərbaycanın günahlandırılması axmaqlıqdan başqa bir şey deyil. Bu gün Avropanın böyük bir hissəsi qazsız qalıb, amma kimsə bunu “soyqırım” adlandırmağa cəhd etmir. Odur ki, ermənilər bu qondarma “soyqırım” mövzusunu kənara qoysalar, yaxşıdır. Əgər həqiqətən də erməni tərəfi “soyqırım” axtarışındadırsa, o zaman müharibədən sonra minaya düşən 278 nəfər Azərbaycan vətəndaşı barədə açıqlama versin. Bu fəaliyyətinə görə cəzasız qalması Ermənistanın daha da cəsarətlənməsinə gətirib çıxara bilər.
Laçın yolunun nəzarətsiz qalmasının yenə də Azərbaycan ərazilərinə minaların gətirilməsinə və basdırılmasına şərait yaradacağı şübhə doğurmur. Azərbaycan hələ də ərazilərinin bir hissəsini işğalda saxlayan və mina terroru həyata keçirən Ermənistanın dizi üstdən qalxmasına, silahlanmasına, dirçəlməsinə və ordusunu bərpa etməsinə imkan verə bilməz. Dünyanın heç bir yerində heç bir işğalçı və məğlub ölkə Ermənistan qədər açıq şəkildə silahlanmayıb. Əgər beynəlxalq təşkilatlar, regionda sülh və təhlükəsizlik barədə bəyanat verən ölkələr Ermənistanın silahlanmasına və mina terrorunun dayandırılmasına nail olmasalar, Azərbaycanın perventiv tədbirlər görməkdən başqa çıxış yolu qalmayacaq.
Ədalət Verdiyev, hərbi ekspert
AzVision.az
Teqlər: Erməni-xəstəliyi Soyqırımıbazlıq