Türkiyədə partlayış: 1 ölü, 19 yaralı - YENİLƏNDİ

Türkiyədə partlayış: 1 ölü, 19 yaralı - YENİLƏNDİ
  14 May 2014    Oxunub:1447
Türkiyənin Manisa əyalətindəki Soma şəhərində yerləşən mədəndə partlayış baş verib, nəticədə şaxta uçub.

Hadisə nəticəsində 1 nəfər ölüb, 19 nəfər müxtəlif xəsarətlərlə xəstəxanaya yerləşdirilib.

AzVision.az xəbər verir ki, xilasetmə əməliyyatı nəticəsində 20 fəhləni uçqunun altından çıxarmaq mümkün olub. Məlumata görə, yerin altında 200-300-dək fəhlənin qaldığı ehtimal olunur.

İlkin versiyaya görə, partlayışa səbəb mədənin elektrik təchizatında baş vermiş nasazlıq olub.

Yanğın nəticəsində lift sıradan çıxıb. Bu səbəbdən fəhlələrin şaxtadan çıxmasında problem yaranıb.

Hazırda hadisə yerində xilasetmə əməliyyatı davam etdirilir.

***

Türkiyənin Manisa əyalətindəki Soma şəhərində yerləşən mədəndə partlayış baş verib, nəticədə şaxta uçub.

Hakim Ədalət və İnkişaf Partiyasının Manisa əyalətindən olan deputatı Müzzəfər Yurtdaş hadisə nəticəsində 4 nəfərin öldüyünü bildirib. Bundan əvvəl isə o 20 nəfərin tüstüdən zəhərlənmədən və aldıqları xəsarətlərdən öldüyünü bildirmişdi.

Məlumata görə, qəza yerin altında, 2000 metr dərinlikdə baş verib. İlkin versiyaya görə, partlayışa səbəb mədənin elektrik naqillərində baş vermiş qısaqapanma olub. Partlayışdan sonra şaxtada yanğın baş verib.

Partlayış baş verən an şaxtada 580 fəhlə olub, onlardan 280 nəfər şaxtanı tərk edə bilib. Yanğın nəticəsində lift sıradan çıxıb. Bu səbəbdən fəhlələrin şaxtanı tərk etməsində problem yaranıb.

Hadisə yerində xilasetmə əməliyyatı davam edir, çoxlu sayda “təcili yardım” maşını cəlb olunub. (apa)

Qalereya




Teqlər:  





Xəbər lenti