Türkiyə Sudandan torpaq aldı

Türkiyə Sudandan torpaq aldı
  14 May 2014    Oxunub:993
Sudandan 99 illiyinə əkinçilik ərazisi olan torpaq sahəsini kirayəyə götürən Türkiyə beləcə tarixində bir ilkə imza atmış olub. AzVision.az xəbər verir ki, razılaşmaya görə əkilən məhsullar Türkiyəyə daha ucuz başa gələcək. Sudanın çox münbit torpaqlara sahib olduğunu deyən Sudan səfiri istifadə edilməyən torpaqların həddindən artıq çox olduğunu bildirib. Qeyd edək ki, ilkin olaraq 12 min 500 hektar ərazidə pilot ferma qurulacaq. Ərazidə çalışacaq sudanlılar üçün əkinçilik və heyvandarlıq kimi sahələr bu fermadan idarə ediləcək. İki ölkənin mərkəzi bankları arasında reallaşacaq razılaşmada Afrikada Türkiyə sərmayəsi ilə yetişdiriləcək məhsulların Orta Şərq və Afrika bazarlarına çıxarılması planlaşdırılır. (axar.az)


Teqlər:





Xəbər lenti