Azərbaycan, Türkiyə və Türkmənistan Dövlət Başçılarının görüşü keçirilib - VİDEO

   Azərbaycan, Türkiyə və Türkmənistan Dövlət Başçılarının görüşü keçirilib - VİDEO
  14 Dekabr 2022    Oxunub:1069
Dekabrın 14-də Türkmənbaşı şəhərində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin, Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın və Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədovun məhdud tərkibdə görüşü keçirilib.
AzVision.az xəbər verir ki, daha sonra prezidentlər arasında geniş tərkibdə görüş olub. Görüşdə üç ölkənin liderləri çıxış edib.



***

Türkmənbaşı şəhərində Azərbaycan, Türkiyə və Türkmənistan Dövlət Başçılarının Birinci Üçtərəfli Zirvə Görüşü başlayıb. İclasda Azərbaycan Prezidenti İlham Əliyev, Türkiyənın dövlət başçısı Rəcəb Tayyib Ərdoğan və Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədov iştirak edirlər.

Zirvə görüşündə ticarət, enerji və nəqliyyat başda olmaqla dost və qardaş 3 ölkə arasında əməkdaşlığın bütün sahələrdə daha da genişləndirilməsinə dair atılacaq addımlar müzakirə olunur.

Görüşdən sonra sözügedən sahələrdə əməkdaşlığı gücləndirəcək sənədlər imzalanacaq.



AzVision.az



Teqlər:





Xəbər lenti