Avropanın qaz anbarları 90 faizdən çox doldurulub

   Avropanın qaz anbarları 90 faizdən çox doldurulub
  12 Dekabr 2022    Oxunub:637
Avropa İttifaqı ölkələrinin qaz anbarlarında mavi yanacaq ehtiyatlarının həcmi 90 faizi ötüb.
AzVision.az xəbər verir ki, bu barədə Avropa Komissiyasının rəhbəri Ursula fon der Lyayen bəyan edib. Onun sözlərinə görə, beləliklə Avropa İttifaqı bu qış üçün enerji təhlükəsizliyini təmin edib: “Avropada növbəti qış, daha çətin olacaq, bizə 30 milyard m qaz kifayət etməyə bilər”.

Bundan öncə Aİ ölkələri 2022-2023-cü illərin qışına qədər yeraltı qaz anbarlarını ən azı 80 faizə, sonrakı bütün qış mövsümləri üçün isə 90 faizə qədər doldurmağı öhdələrinə götürmüşdülər.

Hazırda Rusiya qazının Ukrayna ərazisindən tranzitlə Avropaya tədarükü davam edir. Həmin marşrut “Şimal axını” kəmərlərində baş vermiş qəzadan sonra Rusiya qazının Qərbi və Mərkəzi Avropa ölkələrinə ixracı üçün yeganə vasitədir. Lakin Ukraynadan tranzitin gələcəyi də qeyri-müəyyən olaraq qalır. Belə ki, rəsmi Kiyev “Qazprom” kompaniyasının qaz nəqli xidmətlərinin ödənişini gecikdirməsi iddiası ilə Beynəlxalq Arbitraj Məhkəməsində vəsatət qaldırıb.

Avropa İttifaqının yeni sanksiyaları səbəbindən Cənubi və Cənub-Şərqi Avropa ölkələrini qazla təmin edən “Türk axını” operatorunun ixrac lisenziyası da vaxtından əvvəl ləğv edilib.


AzVision.az



Teqlər:





Xəbər lenti