Olland: `Fransa Ermənistanın yanında olacaq`
AzVision.az-ın erməni KİV-nə istinadən verdiyi məlumata görə, bu barədə Fransa prezidenti Fransua Ollanda Yerevanda keçirilən mətbuat konfransında çıxışı zamanı bildirib.
Fransua Olland Ermənistan və Fransa arasında tarixi əlaqələrin olduğunu xatırladıb. O, həmçinin Fransa həyatında erməni diasporunun oynadığı vacib rolu xüsusilə vurğulayıb.
Fransa prezidenti bir daha bəyan edib ki, o, 2015-ci il aprelin 24-də “erməni soyqırımı”nın 100-cü ildönümündə Yerevana səfər edəcəyini bildirib.
Eldar Tanrıverdiyev
AzVision.az