Akar Ankaraya qarşı aqressiv ritorikadan çəkinməyə çağırıb

   Akar Ankaraya qarşı aqressiv ritorikadan çəkinməyə çağırıb
  12 Dekabr 2022    Oxunub:853
Türkiyənin müdafiə naziri Hulusi Akar Yunanıstanı Ankaraya qarşı təxribat xarakterli bəyanatlardan və aqressiv ritorikadan, eləcə də bölgədə gərginlik yaratmaqdan çəkinməyə çağırıb.
"Biz hesab edirik ki, bəzi yunan siyasətçiləri və hərbçiləri siyasi məqsədlər üçün istifadə etdikləri aqressiv və təxribat xarakterli ritorikadan dərhal əl çəkəcək, problemlərin dialoq yolu ilə həllinə diqqət yetirəcək və tarixdən dərs alacaq", -Akar bildirib.

Onun sözlərinə görə, Ankara “status-kvonun Türkiyənin zərərinə formalaşmasına imkan verməyəcək, ona görə də daha yaxşı gələcək üçün bu gün səhvlərə yol verməmək vacibdir.

Qeyd edək ki, iki qonşu və NATO tərəfdaşı olan Türkiyə ilə Yunanıstan arasında münasibətlərdə növbəti gərginlik 2022-ci ilin sentyabr ayının sonunda Yunanıstanın Midilli (Lesbos) və Sisam (Samos) adalarına zirehli texnikanın ötürülməsi ilə bağlı xəbərlər yayılanda yaranıb.

Bununla bağlı Ankara bəyan edib ki, Afina beynəlxalq müqavilələri, xüsusilə Lozanna (1923) və Paris (1947) müqavilələrini pozaraq orada hərbi texnika yerləşdirir.

Şahanə Rəhimli
AzVision.az


Teqlər:





Xəbər lenti