Fon der Leyen: "Avropa "qeyri-adi isti qışdan" faydalanıb"

      Fon der Leyen:    "Avropa "qeyri-adi isti qışdan" faydalanıb"
  12 Dekabr 2022    Oxunub:764
Avropa İttifaqı hazırda enerji baxımından "qeyri-adi isti qışdan" faydalanır.
AzVision.az xəbər verir ki, Avropa Komissiyasının rəhbəri Ursula fon der Leyen mətbuat konfransı zamanı deyib. Lakin o qeyd edib ki, gələn il “fərqli ola bilər”.

"Hazırda Aİ gələn qış üçün hazırlıqlara başlayıb"..

Qeyd edək ki, "Copernicus Europe" iqlim xidməti qışın anomal isti olacağını proqnozlaşdırmışdı. Alimlərin fikrincə, bu qış Baltik, Aralıq və Şimal dənizlərinin sahilyanı rayonlarında orta səviyyədən yüksək temperatur qeydə alınacaq. Materialda həmçinin qeyd olunub ki, belə hava hazırkı enerji böhranı şəraitində bahalaşan təbii qaza tələbatı zəiflədə bilər.

Aytən Zəhra
AzVision.az



Teqlər:





Xəbər lenti