Separatçılar azərbaycanlı etirazçıların qarşısına çıxmaq istəyiblər

"Azərbaycanlılar ərazidə çadırlar qurublar. Xankəndidəkilərdən öyrəndik ki, bir neçə erməni avtomobilinin ilişib qaldığı bu yolda aksiyanın keçirildiyi əraziyə gələn "siyasətçiləri" də burqaxmırlar", - nəşr yazıb. Müəllif "siyasətçilər" deyərkən separatçıların qondarma "parlament"inin deputatlarını nəzərdə tutub.
Qeyd edilir ki, yolun bağlanması barədə məlumat alan bir qrup separatçı "deputat"ın qarşısını sülhməramlılar kəsib. Onlar yolda ümumiyyətlə hərəkətin dayandırılması ilə bağlı komandanlıqdan əmr aldıqlarını söyləyiblər. Separatçılar bu səbəbdən dəhlizdəki birinci keçid məntəqəsindən geri qaytarılıblar.
Tural Tağıyev
AzVision.az