"Sülhməramlılar bizə əlacsızlıqla gözləyin deyirlər" - Mayılyan

   "Sülhməramlılar bizə əlacsızlıqla gözləyin deyirlər" -    Mayılyan
  12 Dekabr 2022    Oxunub:1456
"Dəhliz azərbaycanlıların keçirdiyi etiraz aksiyasına görə bağlanıb. Hazırda qeyri-müəyyən vəziyyət yaranıb".
AzVision.az xəbər verir ki, bunu Xankəndidəki separatçıların keçmiş "nümayəndəsi", "Ərazi İdarəetmə və İnfrastruktur Nazirliyi"nin keçmiş əməkdaşı Seyran Mayılyan məlumat yayıb. O. sosial şəbəkələrdə yolda qalmasını göstərən video yayaraq qeyd edib ki,“Hazırda Şuşaya gedən hər iki yol da bağlıdır. Ruslar yaranmış bu durumu belə şərh edirlər ki, sadəcə gözləmək lazımdır... Yəni bizim bağlı yolda qalıb sadəcə gözləməkdən başqa əlacımız yoxdur. Elə rusların da".

Xatırladaq ki, bu gün Şuşa ərazisindəki Rusiya sülhməramlılarının nəzarətində olan yolun bir hissəsində azərbaycanlı aktivistlər və ekologiya üzrə qeyri-hökumət təşkilatlarının nümayəndələri aksiya keçirirlər. Onlar Azərbaycan ərazilərindəki sərvətləri qanunsuz istismar olunmasına etiraz edirlər.

Tural Tağıyev
AzVision.az



Teqlər: Dəhliz  





Xəbər lenti