Macarıstan Ukraynadan muxtariyyət tələb etdi
“Karpat regionunda yaşayan macarların ikili vətəndaşlığı, milli cəmiyyətləri və muxtariyyətləri olmalıdır” – deyə, Orban bildirib.
Çıxışı zamanı o, Ukraynanın Zakarpatiye vilayətində yaşayan macarlara xüsusi diqqət ayırıb: “Milliyətcə 200 min macarın yaşadığı Ukraynada bu məsələ gündəmə gəlməlidir. Oradakı macar cəmiyyəti ikili vətəndaşlıq, özünüidarə hüquqlarını əldə etməlidir. Bu yeni Ukrayna hakimiyyətindən məhz bu addımların atılmasını gözləyirik”.