"Bu gecə Kosovoda dönüşü olmayan nöqtəyə yaxınlaşırıq"

   "Bu gecə Kosovoda dönüşü olmayan nöqtəyə yaxınlaşırıq"
  11 Dekabr 2022    Oxunub:769
Serbiyanın Xarici İşlər Nazirliyinin dövlət katibi Nemanya Staroviç özünü elan edən Kosovoda vəziyyətin geri dönüşü olmayan həddə yaxınlaşdığını açıqlayıb. Bu barədə o, "Twitter"də yazıb.
“Biz bu gecə Kosovoda geri dönüşü olmayan nöqtəyə yaxınlaşırıq”,- Staroviç deyib.

Onun sözlərinə görə, bunun səbəbi Kosovonun baş naziri Albin Kurtinin hərbiləşdirilmiş polisin köməyi ilə yerli serbləri məhv etmək niyyəti olub. Serb diplomatı bildirib ki, Kurtinin son 18 ayda birtərəfli fəaliyyəti bu vəziyyətə gətirib çıxarıb. “Qərbin qəsdən korluğu şərikliyə bərabərdir”,-o bildirib.

Bundan əvvəl Serbiya prezidenti Aleksandr Vuçiç demişdi ki, Kosovo hökuməti 2022-ci ildə Kosovo serblərinə qarşı rekord sayda insidentlərə şərait yaradıb.

Şənbə günü, dekabrın 10-da axşam Kosovo və Metoxiya muxtar əyalətlərində iki partlayış səsi eşidilib. Hadisələr Kosovska Mitrovitsadan bir neçə kilometr aralıda yerləşən Zveçan kəndində baş verib. Həmçinin Zubin Potok şəhəri yaxınlığında 15 dəqiqəlik atışma qeydə alınıb.

Şahanə Rəhimli
AzVision.az


Teqlər:





Xəbər lenti