"Münaqişələr və gərginliklər dünyanı parçalayıb" - BMT-nin Baş katibi

   "Münaqişələr və gərginliklər dünyanı parçalayıb" -    BMT-nin Baş katibi
  11 Dekabr 2022    Oxunub:888
"Hazırda dünyada mövcud olan münaqişələr və gərginliklər çoxtərəfli əməkdaşlığa çevrilməlidir".
Bu barədə BMT-nin Baş katibi Antoniu Quterreş Aşqabadda Türkmənistanın neytral statusunun 27-ci ildönümü ərəfəsində keçirilən “Dialoq sülhün qarantıdır” adlı beynəlxalq konfransın iştirakçılarında müraciətində bildirib.

"Münaqişələr və gərginliklər səbəbindən parçalanmış dünyada çoxtərəfli əməkdaşlığın əsasını təşkil edən prinsiplər böyük təhlükə altındadır. Biz hazırkı böhran anını çoxtərəflilik məqamına çevirməliyik", - deyib o qeyd edib.

AzVision.az



Teqlər:





Xəbər lenti