Duma Luqansk və Donetskdəki referendumları tanıdı

Duma Luqansk və Donetskdəki referendumları tanıdı
  13 May 2014    Oxunub:1305
May ayının 13-də Rusiya Dövlət Dumasının plenar iclasından əvvəl Ukraynanın cənub-şərqində keçirilən referendumlar barədə müzakirələr aparılıb.
AzVision.az Rusiya KİV-nə istinadən verdiyi Dövlət Dumasının sədri Serqey Narışkin referendumları dəstəklədiklərini bildirib.

Dövlət Dumasının sədrinin fikrincə, Luqansk və Donetskdə keçirilən referendumlar bu şəhərlərin sakinlərinin özlərini Kiyev xuntasından qorumaq məqsədi daşıyıb: “Siyasətçilər referendumun nəticələrini müxtəlif formada qiymətləndirirlər, lakin “Donetsk Xalq Respublikası” və “Luqansk Xalq Respublikası”nın fəalları bununla özlərini qorumağa cəhd edirlər. Kiyevdə yaxşı anlayırlar ki, onlar törətdikləri cinayətlərə görə məhkəmə qarşısında cavab verəcəklər. Ukraynada gərginlik çox dərinləşib, lakin böhranı ictimai danışıqlar yolu ilə dayandırmaq hələ də mümkündür. Bu danışıqlar konstitusiyaya əsaslanmalı və bu prosesdə bütün siyasi qüvvələr iştirak etməlidir. Biz bütün qüvvələrlə dialoq aparacağıq, Dumanın deputatları isə Ukrayna böhranı ilə bağlı digər ölkələrin deputatların müraciət ünvanlayacaq”.

Qeyd edək ki, mayın 11-də Ukraynanın Donetsk və Luqansk vilayətində regionların statusları haqqında referendum keçirilib. Seçicilər yalnız bir suala cavab verməli olub: “Siz dövlət müstəqilliyi haqqında aktı dəstəkləyirsinizmi”? Donetsk vilayətində seçici fəallığı 75%, Luqanskda isə 81% olub. Səsvermənin nəticələrinə görə, Donetsk vilayətində seçicilərin 89,7 %-i, Luqansk vilayətində isə 96,2% regionların müstəqilliyini dəstəklədiklərini bildiriblər.


Teqlər:  





Xəbər lenti