İrəvanla Bakı arasında nizamlanma üçün Türkiyənin təklif edəcəyi çox şey var - Klaar

   İrəvanla Bakı arasında nizamlanma üçün Türkiyənin təklif edəcəyi çox şey var -    Klaar
  10 Dekabr 2022    Oxunub:758
Aİ-nin Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toivo Klaar hesab edir ki, Türkiyə İrəvanla Bakı arasında münasibətlərin normallaşdırılması üçün çox şey təklif edə bilər.
Klaar bu barədə İstanbulda keçirilən TRT World Forumunun yekunlarına dair "Twitter"dəki mikrobloqunda yazıb.

“İnanın mənə, Türkiyənin Ermənistan və Azərbaycan arasında hərtərəfli nizamlanmaya dəstək vermək üçün təklif edəcəyi çox şey var”.

O, həmçinin bildirib ki, forum çərçivəsində Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu ilə danışıb.

Xatırladaq ki, Aİ-nin xüsusi nümayəndəsi İrəvandan Türkiyəyə gedib.

Şahanə Rəhimli
AzVision.az



Teqlər:





Xəbər lenti