"İranın Rusiya ordusuna dəstəyi yaxın aylarda arta bilər" - Britaniya kəşfiyyatı

   "İranın Rusiya ordusuna dəstəyi yaxın aylarda arta bilər" -    Britaniya kəşfiyyatı
  10 Dekabr 2022    Oxunub:778
Rusiyanın Ukraynaya müdaxiləsindən sonra İran bu ölkənin əsas hərbi sponsorlarından birinə çevrilib. İranın Rusiya ordusuna dəstəyi yaxın aylarda arta bilər.
AzVision.az xəbər verir ki, bu barədə Böyük Britaniya Müdafiə Nazirliyinin "Twitter" səhifəsində dərc olunmuş xülasədə deyilir.

“Rusiya yüzlərlə ballistik raket də daxil olmaqla, daha çox silah əldə etməyə cəhd göstərdiyindən, yaxın aylarda İranın bu ölkənin ordusuna dəstəyi artacaq”, - deyə hesabatda bildirilir.

Britaniya kəşfiyyatının fikrincə, Rusiya İrana görünməmiş hərbi və texniki dəstək təklif edə bilər ki, bu da onların müdafiə əlaqələrini dəyişdirəcək.

AzVision.az


Teqlər:





Xəbər lenti