Olland Ermənistan üçün çıxış yolu axtarır

Olland Ermənistan üçün çıxış yolu axtarır
  13 May 2014    Oxunub:1216
Fransa prezidenti həm də Azərbaycana gəlişinin səbəbini açıqlayıb.
Ermənistan eyni vaxtda həm Avropa İttifaqı, həm də Gömrük İttifaqı ilə əməkdaşlıq edə bilər. Hazırda Ermənistanda səfərdə olan Fransa prezidenti Fransua Oland belə bir bəyanatla çıxış edib.

“Ermənistanın vropaya assosiasiyanın elə bir modelini tapmaq lazımdır ki, onun Gömrük İttifaqına üzvlüyünə zidd olmasın”- deyə Oland təklif irəli sürüb. Onun sözlərinə görə, bu elə də böyük bir problem deyil, “sadəcə bu istiqamətdə işləmək lazımdır”.

Qarabağ münaqişəsinə də toxunan Fransa prezidenti, bu məsələnin qlobal həllinin tapılması üçün bütün səylərin ortaya qoyulmasının vacibliyini vurğulayıb.

“Bu gün Azərbaycanla Ermənistan arasında atəşkəs imazlanmasından 20 il ötür. Bu kifayət qədər uzun bir müddətdir. ATƏT-in Minsk qrupunun həmsədr ölkəsi olaraq münaqişənin birdəfəlik həlli üçün çalışmalıyıq. Məhz buna görə də mən Azərbaycana səfər etdim”-Fransa prezidenti qeyd edib.

Səbinə Həsənova


Teqlər:  





Xəbər lenti