"Ukraynalıların Avropadakı xərcləri üç dəfə artıb" - Milli Bankının rəhbəri

"Ukraynalıların Avropadakı xərcləri üç dəfə artıb" -    Milli Bankının rəhbəri
  10 Dekabr 2022    Oxunub:613
2022-ci ildə ukraynalıların xaricdəki xərcləri ayda 2 milyard dollara çatıb ki, bu da əvvəlki illə müqayisədə üç dəfə çoxdur.
AzVision.az xəbər verir ki, bu barədə Ukrayna Milli Bankının rəhbəri Andriy Pışnı yaxın vaxtlarda dərc olunacaq "Ən böyük miqrasiya dalğalarından birinin Avropa üçün iqtisadi nəticələri" barədə hesabata istinadən məlumat verib.

"Ukraynalı miqrantlar Avropa ölkələrinin iqtisadiyyatını dəstəkləyirlər – bu, bizim analitik departamentin mütəxəssislərinin araşdırması sayəsində çoxları üçün açıq-aşkar olmayan nəticədir”, - Pışnı bildirib. Onun sözlərinə görə, Ukrayna vətəndaşlarının xaricdə işlə təmin olunması və pul xərcləmələri nəticəsində Avropa iqtisadiyyatı uzunmüddətli perspektivdə müsbət fiskal effekt əldə edir.

Milli Bankın rəhbəri qeyd edib ki, ukraynalıların xaricdəki xərcləri Ukrayna banklarında yığılmış əmanətlər, Ukraynada və onların yaşadıqları ölkələrdə əmək gəlirləri, həmçinin alınan sosial yardım hesabına təmin edilir.

AzVision.az


Teqlər:





Xəbər lenti