Yaponiyanın F-X proqramı və İtaliyanın Leonardo şirkətinin iştirakı ilə ərsəyə gələn qeyri-adi qırıcının istehsalının əsas təməlini Britaniyanın "Tempest" layihəsi təşkil edəcək.
![]() |
ABŞ-ın Ukraynaya verdiyi “ScanEagle” PUA-sı nələri bacarır |
Hazırda hərb dünyasının diqqətində olan bu yeni qırıcılarla bağlı fikir səsləndirən Böyük Britaniyanın baş naziri Rişi Sunak deyib ki, "Hazırladığımız yeni nəsil döyüş təyyarələri bizi və dünyadakı müttəfiqlərimizi qoruyacaq".
Britaniya mediası isə qırıcı ilə bağlı diqqət çəkən bir məqama toxunub. Bildirilir ki, təyyarədə çətin vəziyyətlərdə pilota kömək etmək üçün çox ən son texnologiyalardan, o cümlədən süni intellektdən istifadə ediləcək.
Qeyd edək ki, bu, Yaponiyanın ABŞ-dan başqa xarici dövlətlə birgə böyük hərbi layihə üzərində işləməsi ilə bağlı ilk hadisədir.
Tural Tağıyev
AzVision.az