Kəmərdə sızma - 14 min ton neft dağıldı

Ehtimal ki, söhbət ABŞ-da son on ildə baş verən ən böyük xam neft sızmasından gedir. Bu, 2010-cu ildə işə salındıqdan sonra “Keystone” boru kəmərindən üçüncü neft sızmasıdır. İndiki insidentin səbəbi hələlik rəsmi olaraq açıqlanmayıb.
Ötən gecə neft kəməri həyəcan siqnalı çalındıqdan və sahələrdən birində təzyiq aşağı düşdükdən sonra bağlanıb. Borunun sızma baş verən hissəsi təcrid olunub, dağılmış neftin daha da yayılmasının qarşısını almaq üçün axında maneələr quraşdırılıb.
AzVision.az
Teqlər: ABŞ