"Qərb Ukrayna xalqından qurbanlıq qoyun kimi istifadə edir" - Putin

"“Bir neçə ildir ki, Qərb həyasızcasına Ukraynanın resurslarını mənimsədi və istismar etdi. Donbassda soyqırımı və terrora təşviq etdi. Faktiki olaraq bu ölkəni müstəmləkəyə çevirdi və indi Ukrayna xalqından rüsvayçılıqla Rusiyaya qarşı vuruşan qurbanlıq qoyun kimi istifadə edir.
Onu silah və sursatla təmin etməyə davam edir, muzdlular göndərir. Beləliklə, onu intihar yoluna sövq edir”, - Rusiya lideri bildirib.
Putin qeyd edib ki, müasir Ukraynada baş verən hadisələr ABŞ-ın nəyin bahasına olursa-olsun dünyada öz hökmranlığını saxlamaq istəyinin dəhşətli nəticələrini əks etdirir.
Şahanə Rəhimli
AzVision.az
Teqlər: