Konqresin aşağı palatası 858 milyardlıq müdafiə büdcəsini təsdiqlədi

Sənəd Rusiya ilə qızılla bağlı əməliyyatlara görə sanksiyaları da əhatə edir, Rusiya ilə hərbi sahədə əməkdaşlığa qoyulan qadağanın beş il müddətinə uzadılmasını nəzərdə tutur, həmçinin raket əleyhinə müdafiə sistemləri ilə bağlı məlumat mübadiləsinə daimi qadağa qoyur. Bundan başqa, Vaşinqton Rusiya Federasiyası nümayəndələrinin G 20 və digər beynəlxalq təşkilatların tədbirlərində iştirakına mane olmaq niyyətindədir.
Büdcə layihəsi Senatda səsverməyə çıxarılacaq. Təşəbbüs Konqresin yuxarı palatası tərəfindən təsdiqlənərsə, imza üçün Prezident Co Baydenə göndəriləcək.
AzVision.az
Teqlər: