Azərbaycan-Türkiyə təlimində tanklar, təyyarələr və PUA-lardan istifadə edilib - FOTO

   Azərbaycan-Türkiyə təlimində tanklar, təyyarələr və PUA-lardan istifadə edilib -    FOTO
  06 Dekabr 2022    Oxunub:498
Azərbaycan və Türkiyə ordularının iştirakı ilə keçirilən "Qardaş yumruğu" birgə təlimində tanklar, artilleriya batareyaları, təyyarələr, helikopterlər və pilotsuz uçuş aparatlarından (PUA) istifadə edilib.
Birgə təlim iki ölkə Silahlı Qüvvələrinin əməkdaşlığını və qarşılıqlı fəaliyyət qabiliyyətini artırmaq məqsədi daşıyır. Dekabrın 6-da soyuq və qarlı havada həyata keçirilən təlim çərçivəsində ilk olaraq artilleriya batareyaları ilə müəyyən edilmiş hədəflərə atəş açılıb.



Hədəflər dəqiqliklə vurulduqdan sonra tank atışlarına başlanılıb. Sonra T-72 və T-90 tankları müəyyən edilən hədəfləri məhv etdikdən sonra ikinci dəfə artilleriya batareyaları atəş açıb. Artilleriya atəşindən sonra isə zirehli bölmələrin hücumları başlayıb.



Təlimin növbəti hissəsində yaralılar helikopterlə təxliyyə olunub, eyni zamanda panton körpülərlə çaydan keçmə əməliyyatı icra edilib, artilleriya batareyalarının köçürülməsi həyata keçirilib. Bütün bu proses Hərbi Hava Qüvvələri elementlərinin hava dəstəyi ilə reallaşdırılıb. "Qardaş yumruğu" təlimi planda nəzərdə tutulan hədəflərin tutulması ilə uğurla başa çatıb.















AzVision.az


Teqlər:





Xəbər lenti