Aİ-dən Rusiyaya qarşı yeni sanksiyalar - SİYAHI
Bununla da, Aİ-nın sanksiyalarının tətbiq etdiyi şəxslərin sayı 61-ə çatıb.
Mayın 12-dən etibarən sanksiyaların tətbiq olunduğu şəxslərin siyahısı belədir:
1 Vyaçelsav Volodin – Rusiya Prezident Administrasiyasının rəhbərinin birinci müavini.
2. General-polkovnik Volodimir Şamanov - Hərbi Desant Qüvvələrinin rəhbəri.
3. Volodimir Pliqin – Rusiya Dövlət Dumasının Konstitusiya komitəsinin rəhbəri.
4. Petr Yaroş – Krım Federal Miqrasiya xidmətinin rəhbəri.
5. Oleq Kozyura – Sevastopol Federal Miqrasiya xidmətinin rəhbəri.
6. Vyaçeslav Ponomaryov – Slavyank şəhərinin meri.
7. İqor Bezler – Qorlovka şəhərində silahlı qruplardan rəhbərlərdən biri.
8. İqor Kakidzyanov – “Donetsk Xalq Respublikası”nın silahlı qüvvələrinin rəhbərlərindən biri.
9. Oleq Çarayev – Ukrayna Ali Radasının deputatı.
10. Roman Lyaqin – “Donetsk Xalq Respublikası” MSK-nın rəhbəri.
11. Aleksandr Malıxın – “Luqansk Xalq Respublikası” MSK-nın rəhbəri.
12. Natalya Polonskaya – Krım prokuroru.
13. İqor Şevçenko – Sevastopol prokuroru.
Yeni sanksiyalar siyahısında o cümlədən iki Krım şirkəti – “Çernomorneftqaz” və “Feodosiya”nin adı da daxil edilib.
Yeni sanksiyalar layihəsi Aİ-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Ketrin Eşton tərəfindən imzalanıb.
Eldar Tanrıverdiyev
AzVision.az