Litva prezidenti seçə bilmədi
Litva MSK-nın məlumatına görə, prezident seçkilərində əsas mübarizə hazırkı prezident Dalya Qribauskayte və sosial-demokrat partiyasından olan namizəd Ziqmantas Balçitis arasında gedir. Nəticələrə əsasən namizədlər müvafiq olaraq seçicilərin 46,61% və 13,84%-nin səsini toplayıb.
Prezidentliyə namizədlərdən heç bir 50%-lik göstəricini keçə bilmədiyindən seçkilərin ikinci turu keçiriləcək. Prezident seçkilərinin ikinci turu may ayının 25-nə təyin edilib.
İlkin məlumatlara görə, seçkilərdə ölkə əhalisinin 52,14%-i iştirak edib.
Teqlər: