Məsələni AzVision.az -a şərh edən “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu deyib ki, ən çox Cənub-Şərqi Asiya ölkələri zərər görəcəklər.
- Avtomobillərin, bilgisayarların və mobil telefonların istehsalında qeyri-sabitlik yaranacaq. Bu isə dünya ticarətini silkələyəcək. Analitiklərin fikrincə, bu durum onsuz da iqtisadi çətinliklərlə üzləşən Avropa üçün də yeni problemlər yaradacaq. Bu arada, karbon emissiyalarının azaldılması ilə bağlı öhdəliklərin əksinə olaraq, Çin kömür hasilatını artırmaq və daha çox istilik elektrik stansiyaları tikməyə qərar verib. Bu, çirklənməni azaltmaq və bununla da qlobal istiləşməni dayandırmaq üçün qlobal səylərə böyük zərbə kimi qiymətləndirilir. Çin lideri Si Cinpin ölkəsinin təmiz enerji alternativi tapılana qədər kömürdən istifadə etməyə davam edəcəyini bildirib.

Beləliklə, Pekin hazırkı 4,1 milyard ton kömür istehsalının azaltması əvəzinə, Çində kömür hasilatı 2025-ci ildə 4,6 milyard tona yüksələcək. Üstəlik, Çin xaricdə də kömür stansiyaları tikir, - ekspert qeyd edib.
Onun sözlərinə görə, Pekinin diqqət ayırdığı məkanlardan biri də Latın Ameirikasıdır. Çin bu qitədə də iqtisadi mövqelərini möhkəmləndirir. Argentina, Boliviya və Çili cib telefonları, noutbuklar və kameralar üçün təkrar doldurulan akkumulyatorların istehsalı üçün istifadə edilən litiumun istehsalını və qiymətlərini müəyyən etmək üçün OPEK-ə bənzər bir razılaşma yaratmaq istəyirlər. Ancaq bu ölkələr Çindən ehtiyatlanırlar.
![]() |
Pekin hansı “strateji səhvi” təkrarlamaq istəmir? |
Tural Tağıyev
AzVision.az