İran Ukrayna ilə PUA danışıqları aparacaq

   İran Ukrayna ilə PUA danışıqları aparacaq
  22 Noyabr 2022    Oxunub:631
Tehrandan Moskvaya hərbi pilotsuz təyyarələrin çatdırılması ilə bağlı xəbərlərin dərcindən sonra İran tərəfi bu məsələni müzakirə etmək üçün ukraynalı ekspertlərlə görüş keçirməyi qərara alıb.
İran hökumətinin nümayəndələri hesab edirlər ki, Ukrayna ilə birgə fəaliyyətdən sonra Rusiyaya pilotsuz təyyarələrin verilməsi ilə bağlı suallar aradan qalxacaq. Onlar qeyd ediblər ki, Tehran nə Kiyevə, nə də Moskvaya birbaşa dəstək ifadə etməyib.

Bir sıra Qərb mediası iddia edir ki, İran hazırda Ukraynadakı hərbi əməliyyatlar üçün Rusiyaya pilotsuz təyyarələr verir. Moskva bunu inkar edir. İranın xarici işlər naziri Hossein Amir Abdollahian isə bildirib ki, çatdırılma Ukraynada xüsusi əməliyyatın başlamasına bir neçə ay qalmış olub.

Şahanə Rəhimli
AzVision.az




Teqlər:





Xəbər lenti